Azərbaycan millisi Qazaxıstandan güclü oldu

Bu gün “Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Yeganə qolu 56-cı dəqiqədə Merve Özdemir vurub.

İyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Matç saat 19:00-da başlayacaq.