Azərbaycan millisi toplanışa başlayıb
Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Bu barədə Sportline.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Cəlil Abdullayev tərəfindən Abşeron Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə ilkin mərhələdə taekvondoçuların fiziki hazırlıq səviyyəsinin artırılmasına diqqət yetirilir.