Azərbaycan millisinin futbolçusuna görə Türkiyə klubuna transfer qadağası qoyulub
Türkiyənin "Hatayspor" klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə transfer qadağası ilə üzləşib.
Sportline.az xəbər verir ki, bu barədə "Ajansspor" nəşri məlumat yayıb.
Superliqa klubunun Renat Dadaşov dosyesinə görə iki mövsüm yeni oyunçu ala bilməyəcəyi vurğulanıb. Hatay təmsilçisinin hücumçuya borcu olub.
Klub İdman Arbitraj Məhkəməsinə müraciət etsə, veriləcək qərardan asılı olaraq transferlərə yol açılacaq.
Qeyd edək ki, hazırda "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun formasını geyinib.