Azərbaycan millisinin futzalçısı Rusiya klubundan ayrılır
Azərbaycan millisinin və Rusiyanın "Tümen" komandasının futzalçısı Rafael Vilela karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Aleksandr Popov "asnta.ru" saytına açıqlama verib.
Funksioner bildirib ki, 29 yaşlı braziliyalı oyunçu növbəti mövsümü icarə əsasında "Kayrat"da keçirəcək: "Siyasi vəziyyət düzəlsə, onu geri qaytaracağıq".
Qeyd edək ki, FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. "Tümen" komandası isə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.