Azərbaycan millisinin ikinci cəhdi uğurlu oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyunu keçirib.

SportLine.az xəbər verir ki, rəqib yenə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası olub. Matç Azərbaycan seçməsinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş Makedoniya futbolçularının 1:0 hesabı ilə qələbəsi ilə yekunlaşmışdı.

13 aprel 2017
Yoldaşlıq görüşü

Azərbaycan - Makedoniya - 1:0
QOL: 
Doğukan Öksüz
Hakimlər: Ziya Nəsirov, Mübariz Haşımov, Zeynal Zeynalov, Emin Nağıbəyov

Banner