Azərbaycan millisinin oyunu canlı yayımlanacaq
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Almaniya oyun canlı yayımlanacaq.
Sportline.az AFFA-nın saytına istinadən x'b'r verir ki, matç "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, qarşılaşma saat 18:00-da başlayacaq.