Azərbaycan millisinin rəqibi baş məşqçisiz qala bilər

Klaudio Ranyerini istefaya göndərən "Lester" baş məşqçi vəzifəsinə axtarışları davam etdirir. SportLine.az xəbər verir ki, Dünya çempionatının təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Şimali İrlandiya seçməsinin çalışdırıcısı Mayk Onil də "tülkülər"in hədəfindədir. “Lester” rəhbərliyi 47 yaşlı mütəxəssislə danışıqlara start verib. Ancaq tərəflər arasında hələlik konkret razılıq əldə edilməyib. Şimali İrlandiya yığmasının AÇ-2016-dakı uğurlu çıxışını nəzərə alan yerli assosiasiya Onilin komandanı mundiala daşıyacağına ümid edir.