Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Rusiyanın Kazan şəhərində təşkil olunan birinci MDB Oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Sportline.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, B qrupunda yer alan komandamız Belarus və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək.

U-19 millimiz sentyabrın 5-də səfərə yollanacaq və ilk oyununa 2 gün sonra çıxacaq. Belə ki, yığmamız sentyabrın 7-də Belarus, iki gün sonra isə Qırğızıstan ilə qarşılaşacaq.

Qeyd edək ki, baş məşqçi Ağatahir Əzimov Kazanda keçiriləcək oyunlarda Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə və Fuad Məmmədzadənin xidmətindən istifadə edəcək.