Azərbaycan millisinin sabiq üzvü Gürcüstan klubunda
"Sumqayıt"dan ayrılan Rasim Ramaldanovun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, Azərbaycan klubunun sabiq müdafiəçisi karyerasını Gürcüstanda davam etdirəcək. 30 yaşlı futbolçu "Kolxeti" ilə razılığa gəlib.
Qeyd edək ki, Rasim Ramaldanov “Sumqayıt”dan öncə “Xəzər Lənkəran” və “Simurq” klublarının da formasını geyinib.