Azərbaycan millisinin üzvü karyerasını bitirdi

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını başa vurub.

SportLine.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Belarus əsilli blokçu 31 yaşında idmançı kimi çıxışını dayandırıb.

Qeyd edək ki, Poznyak karyerası ərzində "Azərreyl”, "Lokomotiv”, "Azəryol”, İtaliyanın "Parma”, Türkiyənin "Beşiktaş” və Rusiyanın "Leninqradka” klublarının formasını geyinib. O, 2002-ci ildən Azərbaycan millisində çıxış edirdi.