Azərbaycan – Moldova oyunlarının vaxtı müəyyənləşdi
Futzal üzrə Azərbaycan və Moldova seçmə komandaları arasında keçirilcəək yoldaşlıq görüşlərinin vaxtları müəyyənləşib. SportLine.az xəbər verir ki, Avro-2018-in seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi rəqibi ilə martın 29-da və 30-da qarşılaşacaq.
Hər iki matç Bakı İdman Sarayında keçiriləcək. Qarşılaşmalar saat 18:30-da başlayacaq.
Qeyd edək ki, yığmamızın oyunları “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.