Azərbaycan - Özbəkistan

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ötən gün yoldaşlıq oyunu keçirib.
 
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, bu komandalar arasında iyulun 15-də keçirilmiş yoldaşlıq oyununda yığmamız qalib gəlmişdi – 2:1.