Azərbaycan paralimpiyaçılarından Tokio-2020-yə 36-cı lisenziya
Milli Paralimpiya komandası Tokio-2020 Yay Paralimpiya Oyunlarına 36-cı lisenziyanı əldə edib.
Sportline.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Azərbaycana növbəti, 36-cı lisenziyanı qazandırıb.
Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio-2020 Yay Paralimpiya Oyunlarına 12-i atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı olmaqla artıq 36 lisenziya əldə ediblər və bu rekord göstəricidir.
30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.
Rio-2016 15-ci Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdı.
Paralimpiada 24 avqust-5 sentyabrda keçiriləcək.