Azərbaycan - Portuqaliya matçının hakimləri müəyyənləşdi
Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatında 1/4 final mərhələsinin təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, Azərbaycan - Portuqaliya matçı kubalı Serxio Kabreraya tapşırılıb. Ona Joze Katemo (Anqola) və Xalid Hniç (Mərakeş) kömək edəcək.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya oyunu sentyabrın 26-ı Bakı vaxtı ilə gecə 03:00-da başlayacaq.