Azərbaycan Portuqaliyaya qarşı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşacaq. 8-ci kilometr qəsəbə stadionunda keçirilək görüş saat 15:00-da başlayacaq.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.
