Azərbaycan Premyer Liqası: Bu gün 7-ci tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

"Şamaxı" səfərdə "Kəpəz"lə, "Neftçi" isə "Qarabağ"la münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, VII tura 22 sentyabrda yekun vurulacaq.

Misli Premyer Liqası
VII tur
20 sentyabr

17:00. "Kəpəz" – "Şamaxı"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu

20:00. "Qarabağ" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
"Azərsun Arena"