Azərbaycan Premyer Liqasını tərk edən olmayacaq

Koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını bu mövsüm heç bir komanda tərk etməyəcək.

Sportline.az xəbər verir ki, bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Bildirilib ki, 2019/2020-ci il mövsümündə elitada iştirak edən heç bir komanda Aaşağı dəstəyə düşməyəcək.

Qeyd edək ki, İK az öncə başa çatan iclasda Premyer Liqada və ölkə kubokunda cari mövsümün ləğvi ilə bağlı qərar verib.