Azərbaycan Premyer Liqasının oyunları belə keçiriləcək

Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.

Sportline.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib.

PFL rəsmisi bildirib ki, oyunlar 19:00-dan tez başlamayacaq.

Hər tur eyni günə təsadüf edəcəyindən, matçların müxtəlif saatlarda start götürəcəyi gözlənilir. Şahgəldiyev bu suala belə cavab verib: "Onu dəqiq deyə bilməyəcəyəm. "Bütün variantlar müzakirə olunur".

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.