Azərbaycan seçməsinin İsrail və İrlandiya ilə oyunlarının vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyununun vaxtı və məkanı müəyyənləşib.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığmamız avqustun 31-də Bakı vaxtı ilə saat 20:00-da Əkka şəhərindəki Municipal stadionunda İsrail, sentyabrın 5-də, saat 19:00-da isə “Dalğa Arena”da İrlandiya komandası ilə qarşılaşacaq.