Azərbaycan seçməsinin rəqibləri bəlli oldu

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub.

Sportline.az xəbər verir ki, Vasif Tаlıbovun baş məşqçi olduğu komanda C qrupunda Ukrayna, İspaniya və Rumıniya ilə üz-üzə gələcək.

Kişilərdən ibarət Azərbaycan yığması isə Gümüş Avropa Liqasının A qrupunda Finlandiya və Xorvatiya ilə qarşılaşacaq.

Qeyd edə ki, hər iki yarışda qrup matçları 2020-ci il may - iyun aylarında olacaq.