Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milli Xalça Muzeyində təşkil olunan toplantıda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak ediblər.

AŞF prezidenti qonaqlara “Baku Open-2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. O, rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyası ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığın vacibliyi qeyd olunub.

AŞF prezidenti Çju Çenə xatirə hədiyyəsi təqdim edib. Sonra İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransı ilə bağlı müzakirələr aparılıb.