Azərbaycan Super Liqası: "Azərreyl" gümüş medalı təmin edib
Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasında gümüş mükafatçı bəlli olub.
Sportline.az xəbər verir ki, "Azərreyl" sona iki tur qalmış mövsümü ikinci sırada başa vurmağı təmin edib.
Komanda X turda ən yaxın izləyicisi "Murov"u 3:0 (25:22, 25:10, 25:19) hesabı ilə məğlub edərək xallarının sayını 17-ə çatdırıb. 8 xalı olan "Murov" 3-cü sırada qərarlaşıb.
Günün ikinci qarşılaşmasında UNEC "Abşeron"la üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl 27 xalla turnir cədvəlinin lideri olan "Abşeron" komandası çempionluğunu rəsmiləşdirib.