Azərbaycan Super Liqası: "Mübariz" - "Murov"

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. 

Sportline.az xəbər verir ki, “Mübariz”lə “Murov” üz-üzə gəlib. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçirilən qarşılaşmada debütant qələbə qazanıb. İlk setdə 25:18 hesabı ilə qələbə qazanan “Mübariz” ikinci hissəni də aktivinə yazıb – 25:23. Ardınca “Murov” 25:18 hesabı ilə qalib gələrək, fərqi azaldıb – 1:2. Dördüncü hissədə 25:21 hesabı ilə qələbə qazanan “Mübariz” yekun nəticəni müəyyənləşdirib – 3:1.

Qeyd edək ki, ilk turun birinci matçında “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.