Azərbaycan taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri təlim-məşq toplanışlarına cəlb olunublar.

Sportline.az xəbər verir ki, idmançılar baş məşqçi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında hazırlıq keçirlər.

Qeyd edək ki, təlim-məşq toplanışının məqsədi iyulun 20-26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osiyek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.