Azərbaycan taekvondoçuları Belçikada keçirilən açıq çempionatda 6 medal qazanıblar
Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.
Sportline.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.