Azərbaycan təmsilçisi Bakıdakı dünya çempionatında finala yüksəlib

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdini edib.

Avropa çempionu, dünya yaş qrupları yarışlarının qalibi bu dəfə 37,300 xala layiq görülüb. O, ümumi sıralamada 75,200 xalla üçüncü olub və həlledici mərhələyə vəsiqə qazanıb.

Bu növdə final yarışın sonuncu günündə - noyabrın 21-də gerçəkləşəcək.