Azərbaycan Velosiped İdmanı Federasiyası təhsil nazirinə müraciət etdi
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) təhsil naziri Emin Əmrullayevə müraciət edib.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a AzVİF-in Mətbuat katibi Pərviz Musayev məlumat verib.
Onun sözlərinə görə, müraciət 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin idmançılarının açıq havada yarış keçirməsinə hələ də razılıq cavabının gəlməməsi ilə əlaqədardır: "Gənclər və İdman Nazirliyinin xətti ilə Təhsil Nazirliyinə yazdıqları icazə məktubları təəssüf ki, cavabsız qalır. Bu səbəbdən, iyunun 21-də Veloparkda açıq havada keçirmək istədiyimiz yarışı təxirə salmaq məcburiyyətindəyik. Təhsil naziri Emin Əmrullayevdən bu məsələni nəzarətə götürməyi və idmançıların yarışlarda iştirakına şərait yaradılması üçün köməklik göstərməsini xahiş edirik".