Azərbaycan voleybolunun hesabatı

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) son iki il üçün Hesabat Konfransı keçirib.

Sportline.az xəbər verir ki, tədbirdə ölkə voleybolunun 2016-cı ilin oktyabr ayından bu günə kimi inkişafından danışılıb və görüləcək işlər barədə söhbət açılıb.

Görülən işlər barədə çıxış edən AVF-nın prezidentinin müşaviri, rəyasət heyətinin üzvü Əbülfəz Hüseynov ölkə voleybolunun son illərdə yüksələn xətlə hərəkət etdiyini deyib. O, ölkəmizdə keçirilən yarışlar barədə məlumat verib və Avropa çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Ardınca AVF-nın maliyyə məsələləri üzrə vitse-prezidenti Vəsilə Abulova hesabat verib. O da ölkə voleybolunda son illər ərzində böyük işlər görülməsindən danışıb.

Daha sonra Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə ölkə idmanında voleybolun rolunu xüsusi qeyd edib. O bildirib ki, Azərbaycan voleybolçuları daim qələbələri ilə xalqımızı sevindirir.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov da hesabat xarakterli çıxış edib. O, voleybolumuzun daha da inkişaf edəcəyini və voleybolçularımızın qələbələri sıralayacağını vurğulayıb.