Azərbaycan Yüksək Liqasında IX tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Azərreyl" MOİK-lə üz-üzə gələcək. Matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 16:00-da start götürəcək. "Azərreyl" hazırda 16 xalla 3-cü, MOİK 2 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun “Gənclər” - “Neftçi” və “Xilasedici” - “Murov Az Terminal” görüşləri fevralın 6-da baş tutacaq.