Azərbaycan Yüksək Liqasında mövsümə yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mövsümə yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu - XX turun ilk oyununda "Neftçi" "Murov"a 3:2 (26:24, 25:17, 27:29, 20:25, 15:12) hesabı ilə qalib gəlib.

Günün ikinci görüşündə MOİK "Sərhədçi"ni 3:1 (25:27, 25:12, 25:23, 25:13) hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra "Murov" 42 xalla birinci, "Neftçi" 38 xalla ikinci, MOİK 28 xalla üçüncü olub. 6 xal toplayan komandalardan rəqibini set fərqində qabaqlayan “Sərhədçi” dördüncü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb. Yüksək Liqada medalçılar ötən turda müəyyənləşib.