Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan görüşdə "Gəncə" UNEC-i 3:0 hesabı ilə üstələyib.
"Azərreyl" "Abşeron" görüşündə isə ikincilər eyni hesabla qələbə qazanıblar.
"Murov Az Terminal" və “Milli Aviasiya Akademiyası” kollektivlərinin duelində isə birincilər 3:2 hesablı qələbəyə seviniblər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.