Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, MOİK “Gənclər” kollektivini 3:1 hesabı ilə məğlub edib.

"Neftçi" “Xilasedici”ni, "Azərreyl" isə "Murov Az Terminal"ı 3:2 hesabı ilə üstələyib.

Qarşılaşmalar müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi, Fövqəladə Hallar Nazirliyinin idman zalı və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil edilib.