Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb
Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 2022/2023 mövsümünün püşkü atılıb.
Sportline.az xəbər verir ki, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanla dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca püşk atılıb. Yüksək Liqanın ilk turunda görüşəcəklər:
26 sentyabr
"Baku Fire" – "Neftçi" İK
U-19 – "Record cklub.az"
"Araz-Naxçıvan" – "Alyans" (Lənkəran)
Qeyd edək ki, Yüksək Liqada komandalar 4 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.