Azərbaycanda idman zallarının açılmasına razılıq verildi
Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.
Sportline.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, COVID-19 pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək: "İlkin olaraq bu pasportlar yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək. Yoluxma risklərinin azaldılması məqsədilə işçilərin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur".