Azərbaycanda transfer dönəminin vaxtı uzadıldı

Futzal üzrə Yüksək Liqada transfer pəncərəsinin vaxtı uzadılıb.

Sportline.az xəbər verir ki, komandalar oyunçuların qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilər.

Qeyd edək ki, Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer dönəmi iyulun 5-də açılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.