Azərbaycandakı tədbir UEFA-nın diqqət mərkəzində

Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Bakının loqosunun təqdimatı ilə bağlı təşkil olunan silsilə tədbirlər UEFA tərəfindən maraqla qarşılanıb. SportLine.az xəbər verir ki, ali futbol qurumu rəsmi twitter səhifəsində bu tədbirlərlə, eləcə də, UEFA prezidenti Aleksandr Çeferinin Bakıya səfəri ilə bağlı məlumatlar paylaşıb.