Azərbaycanın daha bir güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın daha bir sərbəst güləşçisi Georgi Meşvildişvili Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı yarışa 1/4 finaldan qoşulub.

O, İtaliya təmsilçisi Abraham Konyedo ilə qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn Meşvildişvili yarımfinala yüksəlib. O, bu raundda bolqarıstanlı Alen Xubulovla görüşəcək.

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) 1/4 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) yarımfinala adlayıb.