Azərbaycanın stolüstü tennisçisi Tunisdə turnirlərə qatılacaq
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.
Sportline.az xəbər verir ki, milli komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yollanıb.
Quluzadə fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", fevralın 6-dan 8-dək isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.
Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.