Azərbaycanın voleybol millisi Macarıstana uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərində beynəlxalq "Savaria" turnirinə qatılıb.

Sportline.az xəbər verir ki, ilk rəqib Macarıstan millisi olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:23; 23:25; 17:25; 25:22; 17:15)

Qeyd edək ki, Azərbaycan millisi bu gün Niderland, avqustun 7-də isə Çexiya ilə üz-üzə gələcək.