Azərbaycanlı döyüşçü Türkiyədə qələbə qazandı

“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, o, bu dəfə Türkiyədə uğur əldə edib.

Abdullayev Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Pərviz Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb.

Abdullayev bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.