Azərbaycanlı futbolçu Çexiya klubunda

19 yaşadək futbolçulardan ibarət  Azərbaycan seçməsinin kapitanı Fərid Nəbiyev karyerasını Çexiyada davam etdirəcək. SportLine.az xəbər verir ki, yarımmüdafiəçi "Slaviya" klubu ilə razılığa gəlib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, Praqa təmsilçisi 18 yaşlı futbolçu ilə üç illik müqavilə imzalayıb.

Qeyd edək ki, F.Nəbiyev "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.