Azərbaycanlı futbolçu Portuqaliya klubunda
Azərbaycan millisinin üzvü Elnur Cəfərov karyerasını Portuqaliyada davam etdirəcək. SportLine.az xəbər verir ki, 18 yaşlı futbolçu "Tondela" ilə razılığa gəlib. Klub saytının yaydığı məlumata görə, hücumçu qarşıdakı bir ildə "Tondela"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, “Tondela” ötən mövsüm Portuqaliya çempionatında 19 komanda arasında 16-cı yeri tutmuş və elitada yerini son anda qorumuşdu.