Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olacaq. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək.
Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.