Azərbaycanlı hakim-inspektor “Roma”nın matçında

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, gələn ay Avstriyaya səfər etməli olacaq.

Belə ki, Xudiyev Avropa Liqasının E qrupunda keçiriləcək "Austriya" (Avstriya) - "Roma" (İtaliya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, “Austria” – “Roma” matçı noyabrın 3-də, Vyana şəhərindəki "Ernst Happel" stadionunda baş tutacaq.