Azərbaycanlı hakim İtaliya - Avstriya matçına təyinat aldı
Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.
FİFA referisi İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək.
Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.