Azərbaycanlı idmançı qələbəsini Qarabağ şəhidlərinə həsr etdi

Martın 7-də Ukraynanın Lutsk şəhərində "PROFC-Ukrayna" Liqasının himayəsi altında "PRIDE" MMA yarışı keçirilib.

Sportline.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı idmançı Elçin Hüseynov ukraynalı rəqibi Oleksandr Qorodnyuka qalib gəlib.

93 kq çəki dərəcəsində mübarizə aparan Elçin Hüseynov qazandığı qələbəni Qarabağ şəhidlərinə həsr edib.

Turnirdə Ukrayna, Azərbaycan, Ermənistan, Tacikistan və Belarus idmançıları bacarıqlarını göstəriblər.