Azərbaycanlı idmançının ermənini nokaut etdiyi döyüş
I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib.
Sportline.az xəbər verir ki, 63.5 kq çəki dərəcəsində təmsilçimiz Məhər Əsədzadə ilk görüşdə Ermənistan idmançısı Alen İsraelyan üzərində parlaq qələbə qazanıb.
İlk dəqiqələrdən erməni idmançıya güclü zərbələr endirən Məhər Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 36 saniyə lazım olub. Rəqibi nokauta salan azərbaycanlı idmançı vaxtından əvvəl təmiz qələbə qazanıb. Daha sonra erməni idmançıya həkimlər müdaxilə edib.
Həmin görüntüləri təqdim edirik: