Azərbaycanlı kikboksçunun Ümumdünya Oyunlarındakı ilk rəqibi bəlli olub

ABŞ-ın Birminqem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.

Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Ümumdünya Oyunlarında kikboksinq yarışları 10 - 15 iyulda təşkil olunacaq.