Azərbaycanlı velosipedçi Antalyada koronavirusa yoluxub
Şose velosipedi üzrə Azərbaycan millisinin üzvü Elçin Əsədov koronavirusa yoluxduğu üçün beynəlxalq yarışda iştirak edə bilməyəcək.
Sportline.az xəbər verir ki, Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən 35 yaşlı idmançının testi pozitiv çıxıb.
Əsədov bu səbəbdən bu gün start götürəcək 2.1 kateqoriyalı "Tour of Antalya"ya qatılmayacaq. İdmançının adı bir neçə gün əvvəldən yarışın iştirakçıları sırasında göstərilirdi.
Xatırladaq ki, Elçin Əsədov artıq iki ildir "Sakarya BB Pro Team"də çıxış edir.