ÇL: "Azərreyl" Fransa çempionuna set vermədi

Qadınlardan ibarət "Azərreyl" voleybol klubumuz bu gün  Çempionlar Liqasının qrup mərhələsində növbəti görüşə çıxacaq. Sportline.az xəbər verir ki, komandamızın rəqibi Fransanın "Sent-Rafael" kollektivi olacaq. IV turda Fransada rəqibə 3:1 hesabı ilə qalib gələn  "Azərreyl" bu gün  də qələbə çalsa,  "pley-off" mərhələsinə doğru inamlı addım atacaq. 


Çempionlar Liqası
C qrupu, IV tur
9 fevral

“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)
Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)
Bakı. “Azərreyl” Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0

Xatırladaq ki, ÇL-dəki digər təmsilçimiz "Telekom"  bu tur İtaliyanın "Modena" klubuna məğlubiyyətlə  pley-off imkanlarının üstündən xətt çəkib.